Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) binasının yerləşdiyi Kiyevin Volodimirska küçəsinə raket düşüb.  

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko bildirib.

"Kiyevdə raketlərdən biri küçədə Qruşevskinin abidəsinin yanına düşüb. Xilasedicilər iş başındadır", - Geraşenko qeyd edib. 

Bundan əlavə, Kiyev vilayət administrasiyasının rəhbəri Oleksiy Kuleba raket zərbələri barədə məlumat verib.

Ağarza Elçinoğlu