Avropa İttifaqı Azərbaycanla sərhəddə Ermənistanda öz müşahidə missiyasını yerləşdirməyə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Conatan Lakot "Facebook" səhifəsində yazıb.

"1988-ci ildə münaqişə başlayandan bəri ilk dəfə olaraq, Fransa və Aİ-nin təşəbbüsü ilə burada beynəlxalq iştirak olacaq. Bu missiya oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüşün sonunda elan edilib”, - eks-səfir yazıb.

Daha əvvəl Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan Avropa İttifaqının Texniki Qrupunun Ermənistana səfərini elan edib.

Gültəkin Ələsgər