Bu gün Aİ müşahidəçilərinin qabaqcıl qrupu İrəvana səfər edib. 

"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter“də bildirib.

"27 üzv dövlət Ermənistanın müraciətinə cavab vermək üçün sürətlə hərəkətə keçdi. Aİ-nin missiyasının yerləşdirilməsinin məqsədi vəziyyəti izləmək və Ermənistan və Azərbaycan arasında münasibətlərin sabitləşməsinə kömək etmək olacaq", - deyə o bildirib.