Belarus prezidenti Aleksandr Lukaşenko Amerikanın NBC telekanalına müsahibəsində rusiyalı həmkarı Vladimir Putinlə bəzən mübahisə etməsindən danışıb.  

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bütün bunlara baxmayaraq o, Putinlə həmişə əsl dost və etibarlı tərəfdaş olaraq qalmağı bacarıb.  

“Bilirsiniz ki, biz vaxtaşırı mübahisə edirik. Ancaq ən yaxın dostlar və etibarlı tərəfdaşlar kimi. Heç kim Belarus və Rusiya prezidentləri arasında belə səviyyədə münasibətlərə malik deyil ”, - Lukaşenko ifadə edib.

Belarus prezidenti əlavə edib ki, o və Putin bir-birinə tam etibar edirlər, ona görə də ünsiyyətdə praktiki olaraq heç bir problem yoxdur.

Gülayə Mecid