"Rusiya “əslində” NATO ordusuna qarşı vuruşur və bununla da alyansın münaqişədə iştirakını etiraf edir".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini Olha Stefanışina xarici KİV-ə açıqlamasında deyib. 

Onun sözlərinə görə, Rusiyanın Ukraynada xüsusi əməliyyat keçirməsi Rusiya hərbçilərinə “NATO standartlarına uyğun təlim keçmiş, NATO-nun ən son avadanlıqları ilə təchiz edilmiş NATO ordusu ilə faktiki döyüş təcrübəsi qazandırır”. 

Stefanişina həmçinin qeyd edib ki, Rusiya Federasiyası “hər hansı hərbi təhlükə” yaratdıqca Ukrayna sülh yolu ilə nizamlanmaya razı olmayacaq.

Gülayə Mecid