İstanbul polisi və Terrorla Mübarizə İdarəsinin birgə həyata keçirdiyi əməliyyat nəticəsində PKK terror qruplaşmasının rəhbərliyində təmsil olunan “Kendal-Numan Amed” kod adlı Sərhat Özel saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, terrorçu ölkədən çıxmaq istəyərkən İstanbul hava limanında saxlanılıb.