İraqda keçirilən əməliyyat zamanı yaralanan Türkiyə ordusunun hərbi qulluqçusu şəhid olub.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, "Pençe-Kilit" əməliyyatında yaralanan çavuş Cəmil Yavaş bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Gülayə Mecid