Rusiyanın Ukraynanın “çirkli bomba” dan istifadə etməyə hazırlaşdığı barədə açıqlamaları absurddur.

"Unikal" xəbər verir ki, bunu "Politico"ya müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O vurğulayıb ki, Rusiya Ukraynada müharibəni qızışdırmaq üçün yalan bəyanatlarla bəhanə yaratmamalıdır.

"Moskva bunu əvvəllər də edib Rusiya özünün etməyi planlaşdırdığı işdə başqalarını günahlandırır. ", - baş katib bildirib.

"Çirkli bomba" dinamit kimi partlayıcı qurğuların radioaktiv maddə ilə qarışığıdır. Dinamit, yaxud digər partlayıcı işə düşəndə radioaktiv maddə ətraf mühitə yayılır. Rusiya Ukraynanı "çirkli bomba" hazırlamaqda ittiham edir.