Rusiya qoşunları UkraynaSilahlı Qüvvələrin aktiv irəliləməsi ilə əlaqədar Xerson vilayətində Dnepr çayının sol sahilində müdafiə xətləri qurur.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. 

Bildirilir ki, Qornostaivka ərazisində mühəndis-istehkamçılar sahil xəttini minalayır, öz qoşunlarının sağ sahildən potensial geri çəkilməsi üçün kiçik keçidlər buraxırlar.

Bununla yanaşı, ruslar tərəfindən müvəqqəti işğal olunmuş Xersondan yerli sakinlərin “evakuasiya” tədbirləri davam etdirilir. 

Gülayə  Mecid