Böyük Britaniyanın yeni seçilmiş baş naziri Rişi Sunakın ailəsinin sərvəti 730 milyon funt sterlinqdir.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, onun həyat yoldaşı Akşata Murthy, "Infosys"in sahibi Hindistanlı IT maqnatı Narayana Murthynin qızıdır və onun sərvəti 4,5 milyard dollar qiymətləndirilir.

Beləliklə,  milyarder varisin və ərinin ümumi sərvəti 730 milyon funt-sterlinq təşkil edir.  

Bildirilir ki, Sunakın həyat yoldaşı həm də startaplara sponsorluq edən Catamaran Ventures UK şirkətinin sahibidir. Yeni baş nazirin ailəsinin Britaniyada üç və Santa Monikada bir evi var ki, onların dəyəri 6 milyon dollardır.

Gülayə Mecid