Türkiyənin Bartın vilayətində baş verən mədən partlayışı ilə bağlı 25 şübhəli saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Bartın Prokurorluğu məlumat yayıb.
Qeyd edək ki, oktyabrın 14-də Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində 41 nəfər ölüb, çox sayda insan xəsarət alıb.