Filippinin Mindanao adasında "Nalci" qasırğasının yol açdığı daşqın və torpaq sürüşmələri nəticəsində azı 31 nəfər həlak olub.

"Unikal"ın məlumatına görə, bölgədəki şiddətli yağıntılar Mindanao adasının şimalında 40-a yaxın yol və 3 körpüyə ciddi ziyan vurub.

"Nalci" qasırğası ilə əlaqədar 5 minə yaxın sakin təxliyə olunub. Qasırğanın həftəsonu pik həddə çatacağı proqnozlaşdırılıb.