Ermənistan ordusunun 2020-ci il müharibəsinə hazır olmaması, zəif olması ilə bağlı fikirlərin reallıqla heç bir əlaqəsi yoxdur.

"Unikal" xəbər verir  ki, bunu “Ermənistan” blokunun rəhbəri Seyran Ohanyan deyib.

O qeyd edib ki, hazırda Ermənistan-Rusiya münasibətlərində problemli dövrlərdir və hakimiyyət dəyişikliyindən sonra bu məsələlər öz həllini tapacaq.

"Bölgəmizdə sülh olmalıdır. Paşinyanın eyni vaxtda bir neçə "atın üstündə" oturmaq oyunu Ermənistanı bu vəziyyətə gətirib və nəticələri çox ağır ola bilər. Bu gün də Ermənistan tərəfinin güzəştləri davam edir və başa düşmək olar ki, yalnız Ermənistan-Rusiya münasibətlərini bərpa etməklə, KTMT-nin daha təsirli alətlərindən istifadə etməklə, müşahidəçilər yerləşdirməklə daha stabil vəziyyəti təmin etmək olar". 

Gülayə Mecid