Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus "Mi-8" helikopterini vurub.

"Unikal" xəbər verir ki, bu barədə oktyabrın 28-də Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkov məlumat verib.

Məlumata görə, helikopter Xerson vilayətində vurulub: "Hava hücumundan müdafiə sistemləri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Mi-8 helikopterini Xerson vilayətinin Novaya Kamenka qəsəbəsi yaxınlığında vurub", - Konaşenkov brifinqdə deyib.

Ağarza Elçinoğlu