ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin San-Fransiskodakı evinə hücum edən şəxsin kimliyi müəyyənləşib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, polis hadisədə şübhəli bilinən 42 yaşlı David De Papeyə qarşı ittiham irəli sürüb.

Xanım Pelosinin həyat yoldaşı Pol Pelosiyə çəkiclə hücum edən şəxs qətl törətməyə cəhd və yaşlılara qarşı zorakılıq da daxil olmaqla çoxsaylı ittihamlara məruz qalıb.

San-Fransisko polis rəisi Uilyam Skott mətbuat konfransında jurnalistlərə bildirib ki, hücumun motivi hələ müəyyən edilir. 

Qeyd edək ki, Pelosinin San-Fransiskodakı evinə hücum zamanı onun həyat yoldaşı xəsarət alıb.