Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində təlim-məşq zamanı bir neçə hərbi qulluqçu yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə erməni mətbuatında məlumat yer alıb.

Bildirilib ki, Ermənistanın Gorus rayonu ərazisindəki təlim sahəsinə çıxarılan ehtiyat bölmələrin şəxsi heyəti ilə keçirilən məşğələ zamanı qumbaratan mərmisi partlayıb.

Partlayış nəticəsində bir neçə erməni hərbçisi yaralanıb. Müxtəlif dərəcəli  bədən xəsarətləri alan hərbi qulluqçular tibb məntəqəsinə yerləşdirilib. 

Hadisə ictimaiyyətdən gizlədilsə də, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Anar Kəlbiyev