Rusiya Ukraynanın taxıl dəhlizinin təhlükəsizliyini təmin edən Qara Dəniz Donanmasının gəmilərinə hücum etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini xahiş edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki nümayəndəsinin birinci müavini Dmitri Polyanski məlumat verib.

O qeyd edib ki, Rusiya həmçinin, BMT-nin baş katibi Antonio Quterreşə Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl saziş”ində iştirakının dayandırılması barədə rəsmi məlumat verib.