Qətər minlərlə miqrant işçini Doha şəhərinin mərkəzindəki yaşayış binalarından çıxarıb.

"Unikal" xəbər verir ki, bu, 2022-ci il dünya çempionatının başlamasına üç həftə qalmış baş verib.

Qətər əksəriyyəti Afrika və Asiyadan olan minlərlə işçini evlərindən qovub. Evdən çıxarılan əməkçi miqrantlar bunu mərkəzin dünya çempionatına gələn azarkeşləri qəbul etməyi planlaşdırması ilə əlaqələndiriblər.

1200 nəfərin yaşadığı bir evin sakinlərinə evdən çıxarmaq üçün iki saat vaxt verilib, bəzilərinin əşyalarını götürməyə belə vaxtı olmayıb. Evdən çıxarıldıqdan sonra çoxları gecəni küçələrdə keçirib.

Gültəkin Ələsgər