Tesla və SpaceX-in baş icraçı direktoru İlon Maskın romanlara mövzu olan “Drakula qalası”nı Rumıniyada Hellouin bayramı üçün icarəyə götürdüyü bildirilib.

"Unikal" xəbər veri ki, Rumıniya mətbuatında yer alan xəbərə görə, milyarder İlon Mask bu gecə Bran qalasında 140 milyarder dostu, o cümlədən Ancelina Coli, PayPal-ın qurucusu Peter Thiel, Google-un həmtəsisçisi Sergey Brin, investor Stiv Jurvetson ilə birlikdə Halloweni qeyd edəcək.

Bir qrup milyarder dünən axşam şəxsi təyyarə ilə Buxarestə, oradan isə vertolyotla Bran qəsrinin yerləşdiyi Braşov şəhərinə gəlib.

Məlumatda bildirilir ki, çox ciddi təhlükəsizlik tədbirləri görülüb və heç bir varlı rumın adamı bayrama dəvət edilməyib.

“Qraf Drakulanın qalası” kimi tanınan Bran qalası Rumıniyanın Braşov şəhərindən 30 kilometr aralıda, turistik ərazidə yerləşir. 1897-ci ildə yazılan və kinoya uyğunlaşdırılan dünyanın ən məşhur qotik qorxu romanlarından biri olan "Drakulanın" yazılmasında Bran Qalasının irlandiyalı Bram Stokerə ilham verdiyi bildirilir.

İki il əvvəl sosial mediada yayılan yeni bir sui-qəsd nəzəriyyəsinə görə, Maskın zaman səyahətçisi və Birinci Dünya Müharibəsindən bir fotosu var. Musk isə iddialara "Əslində mən 3000 illik bir vampirəm. Əsrlər boyu bu saxta şəxsiyyətlər üzərində sınaqdan keçmişəm" ifadələri ilə cavab verib.

Gültəkin Ələsgər