Almaniya və Avropa İttifaqı (Aİ) İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıya bilər.

"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok  deyib.

O bildirib ki, hazırda bu barədə araşdırma aparılır.

"Mən keçən həftə açıqladım ki, biz daha bir sanksiya paketini işə salacağıq, İnqilab Keşikçilərini necə terror təşkilatları siyahısına sala biləcəyimizi araşdıracağıq", - nazir deyib.

Qeyd edək ki, SEPAH ABŞ tərəfindən terror təşkilatı kimi tanınır.