Ermənistan müxalifəti genişmiqyaslı etiraz aksiyası keçirəcək.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalif deputatı İşxan Sağatelyan məlumat yayıb.

O, etiraz aksiyasında bu gün Xankəndi şəhərində təxribat məqsədilə keçirilən mitinqə dəstək verəcəklərini bildirib.

Qeyd edilib ki, Ermənistan müxalifətinin mitinqi noyabrın 5-də baş tutacaq.