Rusiyanın Çelyabinsk vilayətində avtobus qəzaya uğrayıb.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə nəticəsində 24 nəfər xəsarət alıb.

Əraziyə xilasedici qüvvələr sövq edilib.

Qəzaya səbəb kimi sürücünün qarlı yolda idarəetməni itirməsi göstərilib.

Seymur Əli​​​​​​​