Rusiya prezidenti Vladimir Putin Ukraynaya müdaxilə etməməli idi, lakin məsuliyyət yalnız Putinin üzərində deyil.

"Unikal" xəbər verir ki, bunu "Time" jurnalına müsahibəsində Braziliyanın yeni prezidenti Lula da Silva Ukraynadakı döyüşləri şərh edərkən deyib. 

"ABŞ və Aİ də günahkardır. İşğalın səbəbi nə idi? NATO? Onda ABŞ və Avropa deməli idi: "Ukrayna NATO-ya daxil olmayacaq". Bu, problemi həll edərdi", - Silva qeyd edib. 

O, əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski də Ukrayna münaqişəsinə görə məsuliyyət daşıyır: "O, bu müharibəni həqiqətən istəyirdi və indi tamaşada rol oynay. Zelenski tamaşanın bir hissəsi kimi görünür. Səhər, günorta və axşam televiziyadadır. O, Britaniya, Almaniya, Fransa, İtaliya parlamentindədir... Sanki seçki kampaniyası aparır". 

Ağarza Elçinoğlu