Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə görüşəcəyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə oktyabrın 31-də BelTA agentliyi yazıb.

"Bu, mütləqdir. Biz yaxın vaxtlarda Vladimir Vladimiroviç Putinlə bir daha görüşəcəyik və nəhayət, bu ilin nəticələrinə yekun vuracağıq. Və ən azı, gələn il üçün vəzifələrimizi planlaşdıracağıq", - deyə siyasətçi bildirib.

Lukaşenko onu da əlavə edib ki, Rusiya iki dövlətin inteqrasiya proseslərinə 1,5 milyard dollar ayırmaq niyyətindədir.

Ağarza Elçinoğlu