Rusiyanın Belqorod vilayəti administrasiyasının rəhbəri Anton İvanov istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov "Telegram" kanalında məlumat verib.

Qladkovun sözlərinə görə, İvanov istefa ərizəsi yazıb: "Belqorod şəhərinin administrasiyasının rəhbəri Anton İvanov başqa işə keçməsi ilə əlaqədar istefa ərizəsi təqdim edib. Administrasiya rəhbərinin birinci müavini Valentin Valentinoviç Demidov öz vəzifələrini icra etməyə başladı". 

Ağarza Elçinoğlu