Soçi görüşünün yekun bəyanatı məyusedicidir.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın sabiq təhsil naziri, siyasətçi Armen Aşotyan öz "Facebook" səhifəsində yazıb. 

Onun sözlərinə görə, bəyanatın faktiki mətnində "Dağlıq Qarabağın adı tamamilə yoxdur".

"Hətta Rusiya sülhməramlılarının missiyasına aid olan hissədə də Artsax coğrafi baxımdan belə qeyd olunmur. Əvəzində “onun (missiyasının) yerində” ifadəsi işlədilir. Rusiya prezidenti bəyanat layihəsinin bəzi hissələrinin çıxarıldığına eyham vurub. Baxmayaraq ki, təbii ki, mətnin ilkin variantını görmək maraqlı olardı, amma fakt faktlığında qalır ki, Azərbaycan Dağlıq Qarabağa aid istinadları mətndən çıxara bilib", - siyasətçi qeyud edib.

Ağarza Elçinoğlu