"Bu ilin iyul-sentyabr aylarında ölkəni tərk edən rusiyalıların sayı təxminən 10 milyon nəfər təşkil edib".

"Unikal" rus mediasına istinadən xəbər verir ki, bu  barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. 

FSB-nin məlumatına görə, göstərilən müddət ərzində 9,7 milyon rus xaricə səfər edib.

Qazaxıstan, Ermənistan, Qırğızıstan, Tacikistan, Monqolustan və Abxaziyaya səfərlərin sayının son 5 ildə ən yüksək olduğu vurğulanır.

Bundan əvvəl Federal Hava Nəqliyyatı Agentliyi Rusiyanın cənubundakı 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimini noyabrın 9-dək uzadıb.

Gülayə Mecid