Özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) Uqleqorsk şəhərində Ali Məhkəmənin hakiminə sui-qəsd cəhdi edilib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, naməlum şəxs noyabrın 4-ü axşam saatlarında DXR Ali Məhkəməsinin hakimi A. A. Nikulinə sui-qəsd cəhdi edib. Zərərçəkən güllə yarası alıb, o, tibb müəssisəsindədir, vəziyyəti ağırdır.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər həyata keçirilir. 

Ağarza Elçinoğlu