Xerson vilayətində “Cənub” hava komandanlığının qüvvələri Rusiyaya məxsus iki Ka-52 hücum helikopterini vurub.

"Unikal" Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə “Cənub” hava komandanlığı məlumat yayıb.

Bundan başqa, ruslara məxsus “Şahed-136” kamikadze pilotsuz uçan aparatı “Cənub” hava komandanlığının qüvvə və vasitələri tərəfindən Nikolayev vilayəti üzərində səmada, daha üçü isə Cənub Müdafiə Qüvvələrinin digər bölmələri tərəfindən vurulub.

Gülayə  Mecid