Xəbər verdiyimiz kimi, Rusiyanın Kostroma şəhərindəki "Poliqon" əyləncə mərkəzində baş verən yanğın nəticəsində 15 nəfər ölüb. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, yanğın baş verən əyləncə mərkəzinin sahibinin Rusiya vilayət Dumasının deputatı İxtiyar Mirzəyev olduğu üzə çıxıb. 

Kostroma Regional Dumasının rəsmi saytındakı məlumatlardan da aydın olub ki, Mirzəyev 2006-cı ildən "Poliqon" MMC-ni işlədir. 

Əslən azərbaycanlı olan İxtiyar Mirzəyev yerli dumanın dördüncü, beşinci, altıncı və yeddinci çağırışlarının deputatıdır.

Qeyd edək ki, o,1969-cu ildə Yardımlı rayonunun Ostair kəndində anadan olub.

Ağarza Elçinoğlu