Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qanunvericiliyə dəyişiklikləri imzalamaqla dövlət başçısının səlahiyyətlərinin azaldılmasını təsdiqləyib. 

"Unikal" xəbər verir ki, bu barədə respublika liderinin mətbuat xidməti məlumat yayıb.

"Dövlət başçısı təntənəli mərasimdə “Dövlət başçısının 16 mart 2022-ci il tarixli müraciətinin həyata keçirilməsi ilə bağlı Qazaxıstan Respublikasının bəzi konstitusiya qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Qazaxıstan Respublikasının konstitusiya qanununu imzaladı", - məlumatda deyilir.

Tokayev bildirib ki, konstitusiya islahatı Qazaxıstan tarixində yeni dövrün başlanğıcıdır. Onun sözlərinə görə, bu, son üç ildəki siyasi transformasiyaları konsolidasiya etməyə, eləcə də respublikanın dövlətçiliyinin gələcək möhkəmlənməsi üçün möhkəm zəmin yaratmağa imkan verdi.

Ağarza Elçinoğlu