İsveçin yeni hökuməti artıq Suriyada fəaliyyət göstərən kürd qruplaşmalarına, Xalq Müdafiə Birliklərinə (YPG) və Demokratik Birliyə (PYD) dəstək vermir.

"Unikal" xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström İsveç radiosuna müsahibəsində deyib. 

Bu bəyanat İsveçin Baş naziri Ulf Kristersonun noyabrın 8-də Ankaraya səfəri ərəfəsində səsləndirilib. Həmin səfər çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya üzvlük ərizəsinin ratifikasiyası məsələsini müzakirə etmək üçün danışıqlar planlaşdırılır.

Ağarza Elçinoğlu