Yaponiyanın paytaxtı Tokioda sərnişin qatarı relsdən çıxıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan sonra bəzi qatarların hərəkəti dayandırılıb. Relsdən çıxan qatar isə boş olub. 

Qəzanın dəqiq səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu