Rusiyanın Krasnoyarsk vilayətindəki zavodlardan birində güclü yanğın baş verib.  

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin mətbuat xidməti məlumat dərc edib. 

Məlumata görə, hadisə Kansk şəhərində qeydə alınıb. Yanğın nəticəsində taxta-şalban sexləri yanıb. 

Yanğın 3,5 min kvadratmetr ərazini əhatə edib.

Hadisə yerinə 41 canlı qüvvə və 13 texnika iştirak edib. Ölən və yaralananlar olmayıb.

Ağarza Elçinoğlu