Moskvanın ən böyük bazarlarından biri olan "Sadovod" bazarında yanğın baş verib. 

"Unikal" TASS-a istinadən xəbər verir ki, hazırda insanlar bazardan təxliyə edilir. 

Fövqəladə hallar xidmətindən verilən açıqlamaya görə, yanğın bazarın ticarət pavilyonlarında başlayıb. 

Hadisə yerində 20-dən çox yanğınsöndürmə briqadası göndərilib. 

Qeyd edək ki, bazarın ümumi sahəsi 40 hektardan çoxdur. 

Ağarza Elçinoğlu