Dünən gecə İranda son iki ayın ən böyük inqilabi qiyamı baş verib. 

"Unikal" İran KİV-lərinə istinadən xəbər verir ki, böyükdən kiçiyə hər kəs "Xamneyiyə ölüm" və "qadın, həyat, azadlıq" şüarları səsləndiriblər. 

Böyük şəhərlərdə - Tehran, Təbriz, İsfahan, Şiraz, Məşhəd, Kirmanşah, Kirman, Xomeyn, Həmədan və s. müxtəlif yerlərdə etiraz aksiyaları keçirilib. 

Bununla bağlı, dünən gecə molla rejimi müxtəlif şəhərlərdə qətliamlara başlayıb. İzeh bölgəsində 10 yaşlı uşaq Kian Pirmolek öldürülüb. Avtomobilin atəşə tutulması nəticəsində 3 güllə Kianın atası Mayşam Pirflekin kürəyinə dəyib. Şəhərdə ölənlərin sayı hələlik dəqiq deyil. 

İzehdəki atışmada həlak olanlardan biri də 14 yaşlı yeniyetmədir. Onun cəsədi ailəsinə təhvil verilməyib. 

Ağarza Elçinoğlu