"NATO-nun yeni baş katibi prosedura uyğun olaraq alyansın 2023-cü ilin iyulunda Vilnüsdə keçiriləcək sammitində elan olunacaq".

"Unikal" xəbər veir ki, bunu Litvanın baş naziri İnqrida Simonyte bildirib.

“Əslində başqa yol yoxdur. Bu, sadəcə olaraq prosedura uyğun olacaq, təqvim diktə etdiyi kimi, Yens Stoltenberqin səlahiyyət müddəti başa çatır, növbəti liderin adı açıqlanmalı olacaq. Bunun konkret namizədlərlə bağlı şayiələrlə heç bir əlaqəsi yoxdur. Yekun qərarlar bəzən heç kimin təxmin etmədiyi qərarlar olur”, - Simonyte deyib. 

“Financial Times” qəzetinin Simonytenin özünün yeni baş katib postuna namizədlərdən biri olması barədə məlumatını şərh etməyib.

Gültəkin Ələsgər