Ukrayna prezidenti Volodimir Zelenski  Polşaya düşən Ukrayna raketi olmadığını dedikdən sonra ABŞ Kiyevdən bu mövzu ilə bağlı açıqlamalarında "ehtiyatlı olmağı" istəyib.

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Jake Sullivan “tez Kiyevə zəng edərək insanları hadisə haqqında danışarkən diqqətli olmağa çağırıb”.

Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin Polşaya raketin düşməsi ilə heç bir əlaqəsi olmadığını bildirib .

Onun sözlərinə görə, Ukrayna faciə yerinə buraxılmalı və istintaqda iştirak etməlidir. 

NATO -nun yüksək rütbəli rəsmiləri hesab edir ki, Polşaya düşən və iki nəfərin ölümünə səbəb olan raket çox güman ki,  Rusiyada hazırlanıb və Ukraynanın hava hücumundan müdafiə sistemi tərəfindən atılıb.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Polşa KİV-lərinin və rəsmi nümayəndələrinin Rusiya raketlərinin onların ərazisinə düşməsi ilə bağlı sözləri eskalasiya məqsədi ilə məqsədyönlü təxribatdır.

Gültəkin Ələsgər