İran sərhədindən Türkiyəyə daxil olan 2 terrorçu ələ keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Muş bölgəsində terrorçularla Türkiyə komandoları arasında toqquşma yaşanıb. Qarşıdurmada İran sərhədindən Türkiyəyə daxil olan 2 PKK/KCK terrorçusundan birinin ölü, digərinin isə sağ ələ keçirildiyi qeyd edilib.