Meksikanın mərkəzindəki Aquaskalientes ştatında regional polisə məxsus helikopter qəzaya uğrayıb.

"Unikal" xəbər verir ki, təyyarədə olan 4 nəfər, o cümlədən ştatın ictimai təhlükəsizlik departamentinin rəhbəri Porfirio Sanchez Mendoza həlak olub .

Helikopter, əvvəllər Mendozanın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə prokurorluq əməliyyatında iştirak etdiyi ərazinin yaxınlığında, Jesús Maria bələdiyyəsində qəzaya uğrayıb. Qəzanın mümkün səbəbləri barədə məlumat verilməyib.

Bölgə rəsmiləri hələlik hadisə ilə bağlı açıqlama verməyib və insanların ölümü ilə bağlı məlumatı təsdiqləməyib. 

Gültəkin Ələsgər