Haaqa məhkəməsi 2014-cü ildə Malayziya Hava Yollarına məxsus “MH17” sərnişin təyyarəsinin Ukraynanın Donbas ərazisində vurularaq qəzaya uğraması ilə bağlı hökm çıxarıb.

"Unikal" xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi təyyarənin Rusiya istehsalı "Buk" raketi ilə vurulduğunu təsdiqləyib.

Məhkəmə sərnişin təyyarəsinin raketlə vurulmasında təqsirləndirilən Oleq Pulatovun günahkar olmadığı ilə bağlı qərar verib.

Haaqa məhkəməsi İqor Strelkovu (Qirkin), Sergey Dubinskini və Leonid Xarçenkonu “MH17” təyyarəsinin raketlə vurulmasında və 298 sərnişinin ölümündə təqsirli bilib. Onlar qiyabi olaraq ömürlük həbs cəzasına məhkum ediliblər.

Məhkəmə həlak olanların yaxınlarına verilən təzminatın ümumi məbləğini 16 milyon avrodan çox qiymətləndirib