Noyabrın 17-də 120 gün uzadılan taxıl müqaviləsi bu müddət bitdikdən sonra bir illik uzadıla bilər.

"Unikal" xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında deyib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə, o cümlədən taxıl sövdələşməsi ilə bağlı təmasları davam etdirmək niyyətindədir.