Tviterdə uzun yazılar yazmaq tezliklə mümkün olacaq. 

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask şəxsi səhifəsində yazıb.

Qeyd edək ki, hazırda bir tvitin maksimum uzunluğu 280 simvoldan ibarətdir. Bundan əvvəl isə bu rəqəm 2 dəfə az idi.