Türkiyə Silahlı Qüvvələri son əməliyyat çərçivəsində 184 terrorçunu zərərsizləşdirib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar məlumat verib.

O bildirib ki, "Pəncə-Qılınc" əməliyyatı çərçivəsində qurudan atəşə dəstək, havadan isə aviasiya vasitələri ilə terrorçulara ağır zərbələr endirilib.