Liberiya prezidenti Corc Veanın oğlu Timoti Vea 2022-ci il dünya çempionatında ABŞ komandasının ilk qolunu vurub.

"Unikal" xəbər verir ki, qrup mərhələsinin ilk turunda ABŞ yığması Uels komandası ilə qarşılaşıb və minimal hesablı qələbə qazanıb.

Fransa "Lill"inin 22 yaşlı hücumçusu 36-cı dəqiqədə fərqlənib.

Timoti 1995-ci ildə “Qızıl top”u qazanan keçmiş futbolçu və Liberiyanın hazırkı prezidenti Corc Veanın oğludur.

Bu qol ABŞ komandası üçün son səkkiz ildə dünya çempionatında ilk idi.

Gültəkin Ələsgər