Rusiya Xarici Kəşfiyyat Xidməti ABŞ və digər Qərb ölkələrinin MDB məkanında münaqişələri qızışdırmaq üçün ağrılı nöqtələr tapmaq cəhdlərini daim qeydə alır.  

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.  

"Belə dağıdıcı və təxribatçı fəaliyyətə misal olaraq, millətçilik və rusofobiyanın fəlakətli nəticələrlə onilliklər ərzində becərildiyi Ukraynadakı vəziyyəti göstərmək olar. Nəticədə “çiçəklənən Ukrayna” “diktator və korrupsioner dövlətə” çevrilib. Hazırda bizim xüsusi xidmət orqanlarının ümumi vəzifəsi Qərb dövlətlərinin MDB ərazisində dağıdıcı hərəkətlərinə qarşı mübarizə aparmaqdır”, - Rusiya Federasiyasının xarici kəşfiyyatının rəhbəri deyib.