ABŞ Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Qılınc” adı altında keçirilən xüsusi antiterror əməliyyatı haqqında bəyanat yayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi danışıb.

“Türkiyə cənubda terror təhlükəsi ilə üz-üzə qalıb. Bu halda Ankara özünü müdafiə etmək hüququna malikdir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Türkiyə Suriya və İraqın şimalına endirdiyi aviazərbələr nəticəsində 200-ə yaxın terrorçu zərərsizləşdirilib.

Gültəkin