2022-ci il dünya çempionatında Argentinanı məğlub edən Səudiyyə Ərəbistanında qələbə ilə əlaqədar bütün ölkədə tətil elan edilib.

"Unikal" xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman çərşənbə günü Kral Salmanın təsdiqi ilə Argentina üzərində qələbə ilə əlaqədar milli bayram elan edib.

Qələbə münasibətilə sabah Asiya ölkəsində rəsmi tətil olacaq. Argentina üzərindəki qələbədən sonra Səudiyyə rəsmiləri maraqlı bir qərar qəbul edərək, 23 noyabr çərşənbə gününü ölkə daxilində milli bayram elan ediblər.

Qeyd edək ki, sözügedən matçda ərəblər rəqibinə 2:1 hesabı ilə qalib gəlib. Ən böyük favoritlərdən biri kimi göstərilən Argentinanın turnirin lap əvvəlində şok məğlubiyyəti bütün səlahiyyətliləri təəccübləndirib. Messi matçda penaltidən hesabı açıb. Qarşılaşmada Səudiyyə Ərəbistanı 48-ci dəqiqədə Əl Şehrinin, 53-cü dəqiqədə isə Əl Davsərinin vurduğu qollarla önə keçib. Qalan dəqiqələrdə hesabı qoruyub saxlaya bilən Səudiyyə Ərəbistanı matçdan qələbə ilə ayrılıb.

Gültəkin Ələsgər