Avropa Parlamentinin (AP) internet saytı çərşənbə günü kiberhücuma məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə AP-nin mətbuat katibi Jaume Dos Twitter-də məlumat verib.

“Avropa Parlamentinin internet saytı hazırda sıx xarici trafikə görə kənardan hücuma məruz qalır”, o yazıb. Bu trafik DDoS hücumu ilə əlaqələndirilir" deyə AP rəsmisi bildirib. 

Onun sözlərinə görə, “Avropa Parlamentinin komandaları bu problemi mümkün qədər tez həll etməyə çalışır”.