Qərb müharibələr aparmaq kursu götürüb və onların davam etdirilməsində maraqlıdır.

"Unikal" xəbər verir ki, bunu Suriya prezidenti Bəşər Əsəd Belarusun baş naziri Roman Qolovçenko ilə görüşündə deyib.

Prezident Əl-Əsəd Belarusun Avropanın mərkəzində strateji yerləşməsi və suveren siyasətinə görə hədəfə çevrildiyini vurğulayıb. “Qərb müharibələr aparmaq kursunu götürüb və onların davam etdirilməsində maraqlıdır, çünki bu müharibələr dayansa, o zaman hökmranlıq sistemi dağılacaq.

Əsəd Qərb ölkələrinin Suriya, Rusiya və Belarus kimi bir çox ölkədə hərbi baxımdan məqsədlərinə çata bilmədiklərini, buna görə də iqtisadi müharibələrə üz tutduqlarını vurğulayıb. Bu müharibələrə qarşı durmaq üçün oxşar prinsip və dəyərlərə malik olan digər ölkələrlə iqtisadi əlaqələr qurmaqla yanaşı, bu dövlətlərin səylərini birləşdirmək lazımdır və o zaman Qərb təcrid olunacaq”.

Gültəkin Ələsgər